media-67ca9b52-ee74-4bca-a676-e63738d2231f

İspaniyada sürətli qatarın qəzaya uğraması nəticəsində 39 nəfər həlak olub, azı 75 nəfər yaralanıb.

ERAmedia xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Məlumata görə, sürətli qatar relsdən çıxaraq qarşı hərəkət zolağına keçib və qarşıdan gələn qatarla toqquşub.

Axşam saatlarında Malaqadan Madridə doğru hərəkət edən və təxminən 300 sərnişin daşıyan qatarın arxa hissəsi Kordoba yaxınlığında relsdən çıxaraq Madrid–Uelva istiqamətində hərəkət edən, 200 sərnişini olan digər qatarla toqquşub.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər