Qətərin keçmiş əmiri vəfat edib
Qətərin keçmiş əmiri dünyasını dəyişib.
ERAmedia xəbər verir ki, bu barədə Qətər Əmirliyinin dəftərxanası bəyanat yayıb.
Bildirilib ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin atası Şeyx Həməd bin Xəlifə Al Tani bu səhər 74 yaşında vəfat edib. Bəyanatda Şeyx Həmədin uzun müddət müalicə aldığı qeyd olunub.
1995-ci ildən 2013-cü ilə qədər Qətər Əmiri vəzifəsini icra edən Şeyx Həməd bin Xəlifə Al Tani 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Al Taniyə təhvil vermişdi.










