media-9ac6b836-ee46-4818-9582-2c1a33d068e5

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) iqtisadi səbəblərdən başlayan etirazlarda həyatını itirənlərin sayını açıqlayıb.

ERAmedia xəbər verir ki, HRANA-nın məlumatına görə, nümayişlər zamanı 2 615 nəfər ölüb, 2 054 nəfər yaralanıb və 18 470 nəfər isə saxlanılıb.

İran rəsmiləri hələlik etirazlarda ölü və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyib. HRANA dünən yayımladığı xəbərdə ölü sayını 2 550 nəfər olaraq bildirmişdi.

İranda 28 dekabr 2025-ci il tarixində yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən Tehranın Böyük bazarında tacirlər tərəfindən başlayan etirazlar ölkənin digər şəhərlərinə də yayılıb.

Paytaxt Tehran şəhərində 8 yanvarda şiddətlənən etirazlar zamanı baş verən olaylardan sonra hökumət ölkədə internetə çıxışı məhdudlaşdırıb

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər