Qrenlandiyanın təhlükəsizliyi NATO-nun məsuliyyətidir
Qrenlandiya siyasi, iqtisadi və maliyyə dəstəyi baxımından Avropa İttifaqına (Aİ) arxalana bilər, təhlükəsizlik məsələlərinə görə isə əsas məsuliyyət NATO-nun üzərinə düşür.
ERAmedia xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Leyen bəyan edib.
Onun sözlərinə görə, Arktikada təhlükəsizlik məsələləri NATO üçün prioritetdir və Aİ bu istiqamətdə ABŞ da daxil olmaqla müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək.









