media-17838768741032317269_1200x630

Körfəzdə ciddi eskalasiya və yenidən başlayan hərbi qarşıdurmalar, o cümlədən İranın Hörmüz boğazında gəmilərə hücumları, ABŞ-nin İrana hücumları və İranın qonşu ölkələrdəki hədəflərə hücumları məni dərindən narahat edir.

ERAmedia xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib. O bildirib ki, hücumların hamısı dayandırılmalıdır.

Onun sözlərinə görə, tammiqyaslı hərbi əməliyyatların yenidən başlanması region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

Quterreş İranı və ABŞ-ni danışıqları təcili şəkildə bərpa etməyə, mövcud fikir ayrılıqlarını isə diplomatik yollarla həll etməyə çağırıb.


media-adspc

Bənzər xəbərlər