media-1772718924_1772715820804773_yw4oauar

Rusiya Federasiyası müdafiə nazirinin keçmiş birinci müavini Ruslan Salikov saxlanılıb.

ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib.

General Ruslan Salikov cinayətkar təşkilatın yaradılması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

İstintaq Komitəsi müdafiə nazirinin keçmiş birinci müavininə qarşı 2017-2024-cü illər arasında üzvləri büdcə vəsaitlərini mənimsəyən cinayətkar təşkilat yaratmaqda, eləcə də “çirkli pulların yuyulması və rüşvətxorluq”da ittiham olunaraq cinayət işi açıb.

Cinayət işinin başlanması üçün əsas Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi və İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Federal Təhlükəsizlik Xidməti ilə birlikdə toplanan materiallar olub.


media-adspc

Bənzər xəbərlər