media-rusiya

Dekabr ayı ərzində Rusiya Ukraynada apardığı müharibədə gündəlik orta hesabla təxminən 1000 hərbçi itirib.

ERAmedia xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte BBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, söhbət ciddi yaralananlardan deyil, məhz həlak olanlardan gedir. “Bəli, bu doğrudur ki, dekabr ayında ruslar hər gün təxminən 1000 nəfər itiriblər. Ağır yaralananları yox, məhz öldürülənləri nəzərdə tuturam. Bu isə dekabr ayı üzrə 30 mindən çox insan deməkdir”, – deyə o qeyd edib.

NATO baş katibi bu rəqəmləri Avropa siyasətində prioritetlər mövzusunda aparılan müzakirələr fonunda səsləndirib. Onun fikrincə, Avropa ölkələrinin Donald Trampın, xüsusilə də Qrenlandiya ilə bağlı açıqlamalarına həddindən artıq diqqət yetirməsi Ukraynaya dəstəyin davam etdirilməsi zərurətindən diqqəti yayındırır. “Hazırda əsas problem Qrenlandiya deyil, əsas problem Ukraynadır”, – deyə Rütte vurğulayıb.

Ağır itkilərə baxmayaraq, Rusiya Ukraynada hücum əməliyyatlarını davam etdirir, – deyə NATO baş katibi əlavə edib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər