media-ab577304-4e70-424f-8549-baf3fb4942ea

Yaponiyanın qərbində yerləşən məhkəmə sabiq baş nazir Sindzo Abenin qətli ilə bağlı təqsirli bilinən Tetsuya Yamagamini ömürlük həbs cəzasına məhkum edib.

ERAmedia xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

45 yaşlı Yamagami 8 iyul 2022-ci ildə Nara şəhərində keçirilən siyasi tədbir zamanı sabiq baş naziri özünün hazırladığı silahla öldürməkdə ittiham olunurdu.

Yamagami məhkəmədə bildirib ki, Abəni siyasi dünya ilə “Birləşmə Kilsəsi” kimi tanınan dini qrup arasında əsas əlaqələndirici fiqur hesab edib. Onun sözlərinə görə, anası həmin dini təşkilata böyük məbləğdə ianələr edib və bu da ailəni maliyyə iflası həddinə çatdırıb.

Prokurorlar Yamagami üçün ömürlük həbs cəzası tələb ediblər. Müdafiə tərəfi isə 20 ildən artıq olmayan həbs cəzası verilməsini istəyib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər