media-zfrbbz7d4nttjaxvywyn9wygt6ozdld3nb1bsvbc_1200

Səudiyyə Ərəbistanında mərminin yaşayış binasına düşməsi nəticəsində iki nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

ERAmedia -nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərmi paytaxt Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xarc vilayətində texniki xidmət və təmizlik şirkətinə məxsus yaşayış binasına düşüb.

Həlak olan və yaralanan şəxslərin Banqladeş və Hindistan vətəndaşları olduğu qeyd olunur.


media-adspc

Bənzər xəbərlər