media-1875073_600

“Rosarxiv”, Rusiya və Çin liderləri İosif Stalin və Çin Kommunist Partiyasının sədri Mao Tzsedun arasında yazışmaların toplusunu nəşr etməyə hazırlaşır.

ERAmedia xəbər verir ki, bu barədə “Rosarxiv”in rəhbəri Andrey Artizov jurnalistlərə bildirib.

“Bu il biz bu sənədlərin toplusunu nəşr etməyi planlaşdırırıq və onların çoxu ilk dəfə dərc olunacaq”- deyən Artuzovun sözlərinə görə, Rusiya arxivləri arasında beynəlxalq əməkdaşlıq hazırda dost və dost olmayan ölkələrə bölmək prinsipi əsasında qurulub. “Əvvəlkilərlə münasibətlərimiz fəal şəkildə inkişaf edir”, – deyə o, əlavə edib.

“Rosarxiv”in tərəfdaşları arasında Belarus, Qazaxıstan, Vyetnam, Hindistan, Səudiyyə Ərəbistanı və Əlcəzair var.

Avropa ölkələri arasında ancaq Macarıstanla peşəkar əlaqələr mövcuddur.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər