media-thumbs_b_c_545f9c51d36f39d4f702e262fcb8ca4d

Suriya ordusu Hələbin şərqində yerləşən Deyr Hafir şəhərini “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) təmizləyib.

ERAmedia xarici mediaya istinadla xəbər verir ki, SDQ razılaşmanı pozub və Məskənə şəhəri yaxınlığında Suriya ordusuna məxsus patrula hücum edib və iki əsgəri öldürüb, bir neçə əsgəri isə yaralayıb.

Suriya televiziyası bildirib ki, ordu Rəqqa vilayətinə daxil olub və Dəbsı Afnan qəsəbəsinə nəzarəti ələ keçirib.

Qeyd edək ki, Suriya ordusu qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı əməliyyatlarını genişləndirib. Əməliyyatlar SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqların nəticəsiz yekunlaşmasından sonra başlayıb.


media-adspc

Bənzər xəbərlər