Tramp bu ölkənin Sülh Şurasına dəvətini geri götürdü
ABŞ prezidenti Donald Tramp Kanadanın Sülh Şurasına qoşulması ilə bağlı göndərilən dəvətin geri götürüldüyünü açıqlayıb.
ERAmedia xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, bu barədə Kanadanın baş naziri Mark Karniyə ünvanlanan məktubda bildirib.
“Bu məktub Sülh Şurasının Kanadanın indiyədək yaradılmış ən nüfuzlu Liderlər Şurasına qoşulması ilə bağlı Sizə ünvanlanan dəvəti geri götürdüyünü təsdiqləyir”, – deyə o qeyd edib.
ABŞ prezidentinin açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.










