Tramp Cinpin görüşü dünya gündəmində - VİDEO
ABŞ Prezidenti Donald Tramp Pekində Çin Sədri Si Cinpinlə görüşərkən artıq imzasına çevrilən salamlaşma tərzini icra etməyə çalışıb.
ERAmedia xəbər verir ki, Tramp Cinpinə əlini uzadıb, lakin onu özünə tərəf çəkməyə nail olmayıb.
Onun bu cəhdi Si Cinpinin müqaviməti ilə üzləşib. Əksinə, Cinpinin də onu özünə tərəf çəkməyə çalışdığı müşahidə edilib.
Sosial şəbəkələrdə qısa zamanda yayılan görüntülərə müxtəlif şərhlər gəlib. Bəzi istifadəçilər bu salamlaşmanı zarafatla “tarixin ən uzun salamlaşması” adlandırıblar.










