media-bez-nazvaniya

Donald Tramp Norveçin Baş naziri Yonas Qar Störeyə məktub yazıb. Prezident bildirib ki, Ştörenin ölkəsi ona Nobel Sülh Mükafatını vermədiyi üçün artıq yalnız sülh haqqında düşünməyə borclu deyil.

ERAmedia xəbər verir ki, Norveç hökuməti məktubu aldığını təsdiqləyib.

Störe isə, jurnalistlərə bu barədə danışarkən, Trampa mükafatın ölkə tərəfindən deyil, müstəqil Nobel Komitəsi tərəfindən verildiyini bir neçə dəfə izah etdiyini söyləyib.

Ağ Ev rəhbəri məktubunda artıq yalnız sülh haqqında düşünmək məcburiyyətində olmadığını bildirib: “Ölkənizin mənə səkkiz və daha çox müharibəni dayandırdığım üçün Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm – baxmayaraq ki, bu, həmişə prioritet olacaq və indi Amerika Birləşmiş Ştatları üçün nəyin doğru və faydalı olduğu barədə düşünə bilərəm”.

Bundan əlavə, ABŞ prezidenti NATO-nun yarandığı gündən bəri ittifaq üçün hər kəsdən daha çox iş gördüyünü bildirib. Buna görə də, “NATO indi ABŞ üçün bir şey etməlidir”.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər