Tramp jurnalistlərlə belə zarafat etdi
“Burada süd var. Beş gündür ki, durur… Onu mətbuatın dadması üçün gətirmişəm”.
ERAmedia xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı jurnalistlərə zarafatla köhnə südü dadmağı təklif edib.
Qeyd olunur ki, administrasiya üzvləri prezidentin zarafatlarına gülüblər. Trampın sözlərinə görə, uşaqlıqda hamı bir şüşədən içirdi və bundan sonra jurnalistlərə bir-birlərinə güvənirlərsə, südü dadmağı təklif edib.
Hadisə ABŞ administrasiyasının 1942-ci ildə başladılmış, lakin 2012-ci ildə uşaqlar arasında piylənmə səviyyəsini azaltmaq məqsədilə dayandırılmış proqram çərçivəsində dövlət məktəblərinin yenidən tam yağlı süd ilə təmin edilməsi qərarı fonunda baş verib.
Tramp isə bildirib ki, süd koqnitiv qabiliyyətlərin inkişafına kömək edir və şirələrə, qazlı içkilərə ən yaxşı alternativdir. ABŞ prezidentinin sözlərinə görə, məhz süd sayəsində o, bir sıra koqnitiv testləri uğurla verə bilib.
Əli Fərhad










