media-erdogam_tramp_turkic

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında təsisçi üzv kimi iştirak etməyə dəvət edib.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran açıqlayıb.

O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan “Qəzza Münaqişəsinə Son Qoymaq üçün Hərtərəfli Plan”ı (Comprehensive Plan to End the Gaza Conflict) dəstəkləmək qərarına gəlindiyini xatırladıb.

Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsindən və yenidənqurmadan məsul olacaq Sülh Şurası və onun qurumlarının yaradıldığını bildirən Duran deyib: “ABŞ Prezidenti Donald Tramp yanvarın 16-da Sülh Şurasının təsisçi sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında təsisçi üzv kimi yer almağa dəvət edib”.


media-adspc

Bənzər xəbərlər