Türkiyədə 74 nəfər saxlanıldı
Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.
ERAmedia xəbər verir ki, İstanbul olmaqla 12 vilayətdə aparılan əməliyyat nəticəsində 74 şübhəli saxlanılıb. Onların Türkiyə daxilində, eləcə də beynəlxalq səviyyədə qəsdən adam öldürmə, adam öldürməyə cəhd, ictimai təhlükəsizliyin qəsdən təhlükə altına salınması və əmlaka ziyan vurma kimi müxtəlif cinayətlərdə iştirak etdikləri müəyyən olunub.










