media-1785125622_17851066182807958211_1200x630

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon rəhbərliyinin üzvü Mehmet Direk, oğlu Ercan və qardaşı oğlu Bəkir Batmanın Güneykent rayonundakı şəhər qəbiristanlığının ərazisində silahlı hücuma məruz qalıblar. 

ERAmedia xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, “Naməlum şəxs və ya şəxslər Mehmet Direkə, oğlu Ercana və qardaşı oğlu Bekirə atəş açıb. Hər üçü hadisə yerində ölüb”.

Hadisədən sonra polisin ərazini mühasirəyə aldığı və bütün giriş-çıxış nöqtələrini mühafizə etdiyi bildirilir. Hücum edənlərin şəxsiyyəti və motivi hazırda məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər