media-76231782_1004

Kiyev və Moskva cümə axşamı, martın 5-də yeni əsir mübadiləsi aparıblar. İki yüz ukraynalı vətəninə qayıdıb.

Bu barədə ERAmedia Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalına istinadən xəbər verir.

Xatırladaq ki, bu il ilk əsir mübadiləsi fevralın 5-də baş tutub. O vaxt 157 ukraynalı – 150 hərbçi və yeddi mülki şəxs vətənə qayıtmışdı.

Azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, o cümlədən Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Ərazi Müdafiəsi, Desant-Hücum Qoşunları və Hərbi Hava Qüvvələrinin nümayəndələri, eləcə də Milli Qvardiya və Dövlət Sərhəd Xidmətinin döyüşçüləri də olub. Həm sıravi əsgərlər və çavuşlar, həm də zabitlər vətənə qayıdıblar.


media-adspc

Bənzər xəbərlər