Ukraynanın ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlı qadın
İyulun 13-ü Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Azərbaycan əsilli Əminə Mehdiyevanın anım günüdür.
ERAmedia xəbər verir ki, 1982-ci il təvəllüdlü Əminə Mehdiyeva Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonunun tibb məntəqəsində sanitar təlimatçısı kimi xidmət edib.
O, Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Əminə Mehdiyevanın xatirəsi anım günündə ehtiramla yad edilib.
Əli Fərhad










