media-kmo_141501_11394_1_t247_140047

Kamçatka diyarının qubernatoru Vladimir Solodov anomal qar yağıntısı və şaxtalar səbəbindən Petropavlovsk-Kamçatskidə yol vəziyyətini kritik adlandırıb.

ERAmedia xəbər verir ki, bu barədə quruma məxsus Telegram-Kanalda məlumat yayımlanıb.

Vilayət qubernatoru yanvarın 21-dək bütün əsas yolların genişləndirilməsini əmr imzalayıb: “Şəhərin yollarındakı vəziyyət kritikdir. Mən yanvarın 21-dək bütün əsas yolların genişləndirilməsi, onların tam keçidli olmasını təmin etmək və lazımi sayda zolaqların bərpasına nail olmağa, federal magistral yolda normal nəqliyyat şəraitini təmin etməyə çalışacağıq”deyə, Solodov fövqəladə hallar komissiyasının iclasında bildirib

Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, 2025-ci ilin dekabr ayında Petropavlovsk-Kamçatskiyə aylıq orta yağıntının üç qatından çox yağıntı düşüb. Bu ilin yanvar ayının birinci yarısında yağıntı aylıq orta göstəricini təxminən bir yarım dəfə üstələyib. Şəhərdə qarın qalınlığı 170 sm-ə, bəzi ərazilərdə isə 2,5 metrdən çox olub.

Kamçatsk Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin müdiri Vera Polyakova bildirib ki, Kamçatskda hava şəraiti hazırda ekstremal kimi təsnif edilir və olduqca nadirdir. Bölgədə sonuncu dəfə oxşar miqdarda qar 1970-ci illərin əvvəllərində düşüb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər