media-fb_img_1783618364437

İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycanda müzakirələrə səbəb olub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında səfirin bəyanatını tənqid edərək, bunun diplomatik münasibətlər baxımından düzgün yanaşma olmadığını bildirib.

Şərhçinin sözlərinə görə, səfir Əli Xameneinin vida mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak etməməsinə toxunaraq, “Türkiyə və Azərbaycan nümayəndə heyətlərini göndərdilər, ancaq bu fakt tarixi yaddaşda qalacaq” ifadəsini işlətməklə hədələyici mesaj verməyə çalışıb.

“Bu ifadə ilə demək istəyirlər ki, Azərbaycan və Türkiyə prezidentlərinin vida mərasimində iştirak etməməsini unutmayacaqlar. Ancaq sual yaranır: Unudulmasa, nə olacaq?” – deyə o bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, İran bölgədə müharibə əleyhinə mövqe nümayiş etdirən Azərbaycan və Türkiyəyə qarşı dronların uçması ilə bağlı indiyədək aydın izahat verməyib. Onun fikrincə, belə bir fonda rəsmi Tehran tərəfindən vida mərasimində dövlət başçılarının iştirak etməməsinin qabardılması əsaslı görünmür.

Siyasi şərhçi əlavə edib ki, səfir Azərbaycan Milli Məclisinin sədrinin vida mərasimində iştirakını müsbət qiymətləndirmək əvəzinə, “Tehranın və ya SEPAH-ın təlimatı ilə Azərbaycana qarşı ittihamedici ritorika sərgiləyib”.

Elxan Şahinoğlu diqqətə çatdırıb ki, İranın ABŞ və İsraillə qarşıdurması dövründə Körfəz ölkələrinin əksəriyyəti, Birləşmiş Ərəb Əmirlikləri istisna olmaqla, vida mərasimində rəsmi nümayəndələrlə təmsil olunublar.

“Buna baxmayaraq, İran ordusu son iki gündə yenidən həmin ölkələrin ərazilərinə zərbələr endirir. Bu isə Tehranın verdiyi mesajlarla atdığı addımlar arasında ziddiyyət olduğunu göstərir”, – deyə siyasi şərhçi vurğulayıb.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər