media-13int-us-iran-assess-dafmf-jumbo

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı danışıqlara çağırıb.

ERAmedia xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“İran sübut edib ki, danışıqlara hazırdır, diplomatiyaya hazırdır”, – deyə Abbas Əraqçi telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, “müharibə ilə diplomatiya arasında diplomatiya ən yaxşı yoldur. ABŞ-la müsbət əməkdaşlıq təcrübəmiz olmasa da, buna baxmayaraq diplomatiya müharibədən qat-qat yaxşıdır”.

Nazir ABŞ prezidentini iyun ayında edilən səhvi təkrarlamamağa çağırıb. O, bunu ABŞ-ın İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrə işarə edərək deyib:

“Siz obyektləri məhv etdiniz, amma texnologiyanı bombalamaq mümkün deyil, qətiyyəti də bombalamaq olmaz”.

İranda baş verən iğtişaşlardan danışan Abbas Əraqçi hökumətin “maksimum təmkin” göstərdiyini vurğulayıb.

Onun sözlərinə görə, “İranda etirazlardan İsrailin rəhbərliyi altında fəaliyyət göstərən terrorçu ünsürlər istifadə ediblər” ki, ABŞ prezidentini Tehrana qarşı müharibəyə təhrik etsinlər.

“Bu, məhz İsrailin planı idi. Onlar ABŞ prezidentini bu münaqişəyə cəlb etmək istəyirdilər. Buna görə də ölənlərin sayını artırmağa başladılar – dinc insanları, polis əməkdaşlarını öldürdülər”, – deyə nazir qeyd edib.

Abbas Əraqçi hazırda vəziyyətin tam sakit olduğunu bildirib: “Biz vəziyyətə tam nəzarət edirik”.

Xarici işlər naziri, həmçinin əlavə edib ki, İranın etirazlarla bağlı insanları “asmaq” kimi bir planı yoxdur.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər