media-dgbhav7dj04wdk2sxdvvajnwyf0risg13t00ovx1_1200

Yaxın Şərqdə gərginliyin yeni mərhələsi səbəbindən enerji daşıyıcılarının bahalaşması ilə yanaşı ərzaq qiymətlərinin də artacağı gözlənilir.

ERAmedia bu barədə “Corriere della Sera” qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, bunun əsas səbəblərindən biri gübrə çatışmazlığı ola bilər. Dünyada istifadə olunan gübrələrin təxminən 15%-i bu regiondan ixrac edilir.

Qeyd olunur ki, Fars körfəzi bölgəsi gübrə istehsalı və ixracına görə dünyada ikinci yerdədir (14.4%). Birinci yerdə isə 22.4% payla Rusiya dayanır. Bu məhsulların böyük hissəsi Hörmuz boğazı vasitəsilə daşınır. Hazırda isə bu boğazda gəmiçilik demək olar ki, dayanıb. Bu gübrələrin əsas alıcıları arasında Hindistan, ABŞ, Braziliya və Avstraliya var.

Nəşrin məlumatına görə, bəzi gübrə növlərinin qiyməti müharibənin cəmi bir həftəsi ərzində 26% artıb. Azot gübrəsi olan karbamidin qiyməti isə keçən ilin dekabrından bəri ümumilikdə 64% yüksəlib.

Enerji qiymətlərinin artması ilə birlikdə gübrələrin bahalaşması ərzaq məhsullarının qiymətinin də yüksəlməsinə gətirib çıxaracaq və xüsusilə ən kasıb ölkələrdə qidaya çıxışı çətinləşdirəcək.


media-adspc

Bənzər xəbərlər