media-1771824865_1

ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşü martın əvvəlində BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilə bilər.

ERAmedia xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin məsləhətləşmələrinin yekunlarına dair axşam müraciətində məlumat verib.

Zelenski bildirib ki, o, gün ərzində Rustem Umerov, David Araxamiya, həmçinin ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşlərin nəticələri barədə bir neçə dəfə danışıb.

“Artıq növbəti üçtərəfli format üzrə daha çox hazırlıq var. Böyük ehtimalla növbəti görüş Birləşmiş Ərəb Əmirliklərində, məhz Əbu-Dabidə keçiriləcək”, – deyə o vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, real təhlükəsizlik təminatları ilə bağlı əldə olunan razılaşmaların yekunlaşdırılması və liderlər səviyyəsində görüşün hazırlanması vacibdir.

“Bu müharibə başa çatmalıdır – bu, bizim mövqeyimizdir, Ukraynanın mövqeyidir və bütün tərəfdaşlarımızın mövqeyidir. Lakin təəssüf ki, hazırda hamı görür ki, Rusiyanın sülhə hazır olduğuna dair əlamətlər yoxdur. Putin hərbi maşınını dayandırmır. Əksinə, o, müharibəni davam etdirməyə hazırlaşır. Dünya Rusiyaya təzyiq göstərməyə hazır olmalıdır ki, bu vəziyyət dəyişsin”, – deyə Zelenski əlavə edib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər