media-8king-charles-iii-getty

Britaniya radiostansiyası “Radio Caroline” səhvən Kral III Çarlzın ölümünü elan edib.

ERAmedia xəbər verir ki, mayın 19-da monarxın ölümü ilə bağlı elan yayımlanıb, ardınca “Tanrı Kralı qorusun” mahnısı səsləndirilib. Bundan sonra yayım qəfildən kəsilib və 15 dəqiqə davam etməyib.

Aparıcılar sonda efirə qayıdıb və III Çarlzın ölümü ilə bağlı xəbəri təkzib ediblər. Onlar dinləyicilərdən üzr istəyiblər və anlaşılmazlığın “kompüter xətası” səbəbindən baş verdiyini izah ediblər.

Radiostansiyanın direktoru Peter Mur daha sonra sosial media hesabında hadisə ilə bağlı şərh verib.

“Bütün Böyük Britaniya radiostansiyalarının ehtiyac olmayacağı ümidi ilə gözləmə rejimində saxladığı kralın ölüm anonsu proseduru təsadüfən aktivləşdirilib”, – Mur deyib.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində nüfuzlu nəşrlərin redaksiyalarında yaşlı rəhbərlərə aid hazır nekroloq və bioqrafik məlumatlar saxlanılır ki, gözlənilən hadisə baş verəndə onu anındaca yaymaq mümkün olsun. Görünür, doğrudan da kralın haqqındakı gözləmədə olan nekroloq-bioqrafiya gözlənilmədən aktivləşdirilib


media-adspc

Bənzər xəbərlər