media-dusbere_yarimfabrikati_1
  • DADLI TAM İLƏ

Xəmir üçün
Un
İlıq su
Duz

İçlik üçün
Çəkilmiş mal əti və ya qoyun əti
Soğan
Duz, istiot

Suyu üçün
Sarıkök
Kərə yağı
Su və ya bulyon
Duz

Üzəri üçün
Quru nanə və ya şüyüd

Hazırlanma qaydası
Əvvəlcə xəmir yoğrulur. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın. Xəmir nazik şəkildə yayılır. Kvadrat formasında kəsilir. Hər kvadratın ortasına bir çimdik iç qoyub, bükürük. Unlayıb, kənara qoyuruq. Düşbərənin suyunu hazırlayın. Qazana yağ və sarıkök əlavə olunur. Qovrulduqdan sonra bulyon tökülür, duz atılır. Qaynamağa qoyulur. Qaynayan suya düşbərələri əlavə edib, 7-10 dəqiqə ərzində bişiririk. Hazır düşbərəni kasalara qoyub, üstünə zövqə görə doğranılmış şüyüd, ya da quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin.

Tamilla Manaf


media-adspc

Bənzər xəbərlər