Futbola 16 yaşımda başlamışam - Ərdoğan
“İdmandan uzaq qalmaq mümkün deyil. Həftədə üç gün basketbol oynayıram”.
ERAmedia “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclər və idmançılarla görüşü zamanı deyib.
“Bu gün buraya gəlməzdən əvvəl də səhər basketbol oynadım. 68 xal topladım. Futbola 16 yaşımda başlamışam və uzun illər bu idman növü ilə məşğul olmuşam. Hazırda həftədə ən azı 2-3 dəfə basketbol oynayırıq, amma futbolda artıq bir qədər ehtiyat edirəm”, – deyə Türkiyə lideri bildirib.










