media-whatsapp-image-2026-09-15-at-10-42-12-1

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının qərb səmasında ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

ERAmedia xəbər verir ki, İranın rəsmi IRNA xəbər agentliyi SEPAH-ın yaydığı yazılı açıqlamanı dərc edib.

Açıqlamada bildirilib ki, Hörmüz boğazının qərb səmasında MQ-1 tipli PUA İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanaraq vurulub.

SEPAH bundan əvvəl də ötən gün səhər saatlarında Hörmüz boğazı üzərində eyni tipli PUA-nın vurulduğunu açıqlamışdı.

ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 tipli PUA ilkin olaraq müşahidə və qabaqcıl kəşfiyyat məqsədləri üçün hazırlanmışdı. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər quraşdırılıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər