media-iran

ABŞ prezidenti Donald Trampın İranla danışıqlarla bağlı ziddiyyətli mesajlar verməsi fonunda Tehranın mövqeyi sərtləşib.

ERAmedia-nın məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Tehranda İranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək ABŞ-la danışıqlar aparmaq niyyətində deyillər.

“Heç bir danışıqlar olmayacaq, İranın şərtləri yerinə yetirilməyənədək. Nöqtə!” – deyə Rzayi “X” sosial şəbəkəsində yazıb.

O, Trampın “heç bir danışıqlar olmayacaq” fikrindən “biz danışmağa hazırıq” bəyanatına qədər dəyişən ziddiyyətli siqnallarına reaksiya verməməyə çağırıb.

“Neft və boğazlarla bağlı vəziyyət dəyişib. Vəziyyəti xilas etmək cəhdləri qarşıdan gələnləri dayandırmayacaq”, – deyə Rzayi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Tehranla danışıqların bərpasına razı olub-olmayacağını müəyyənləşdirəcəyini açıqlamışdı. O, ümumilikdə problemin diplomatik yolla həll edilməsi ideyasına qarşı olmadığını bildirmişdi.

Vural


media-adspc

Bənzər xəbərlər