media-photo_5213457541747119120_y

media-photo_5463144451887795364_m

  • Rəsul Mirhəşimli

(Əvvəli burada https://eramedia.az/ilahi-yolculuq-bu-da-kecer-eseri-hansi-simvollar-uzerinde-qurulub-3)

İnsan ağlı ilə dərk edə bilmədiyi şeyləri rədd edir. Bu o demək deyil ki, ağlın anlaya bilmədiyi şeylər onların mövcud olmaq anlamına gəlmir. Əgər ağıl hər şey üçün yetərli olsaydı, bütün filosoflar eyni şey haqqında yekdil fikrə gələr, anlaşa bilərdilər. Eyni mövzuda söylənmiş yüzlərlə fikrin hər biri məşhur filosoflara aiddir.

Təsəvvüf nəzəri bir elm deyil. Elə bu səbəbdəndir ki, təsəvvüfün nəzəri əsasları barədə yazılanlar bəzən öz zamanında, bəzən də bir qədər zaman keçdikdən sonra əhəmiyyətini itirir. Buna görə istənilən poetik əsəri təhlil edərkən onu təsəvvüf elementləri ilə zəngin və yaxud bu elementlərdən kənar mövzulara aid etmək çox zaman tənqid ilə qarşılanır.

Mistik həyat daha çox praktikdir. Yəni bu həyatı yaşamadan onun haqqında müfəssəl məlumat vermək olduqca çətindir. Lakin “bu nəzəriyyə barədə heç nə yazmaq olmaz”, anlamına da gəlinə bilməz. Məsələ burasındadır ki, ağıl fəlsəfi, mənəvi və idrak kateqoriyası kimi mövcuddur. Amma “ağlını mənə göstər”, deyənə maddi olan nəyisə göstərmək mümkün deyil. Təsəvvüf adlanan bu elmə qovuşmaq üçün bu yola girmək və nəfsi arındırmaq gərəkdir. Təsəvvüf ilə əldə edilən biliklərə şübhə qatılmaz. Çünki Allahdan ona verilən bir elmdən insan şübhəyə düşməz. Hərçənd tarixə nəzər saldıqda bəzən paradoksallıqla da rastlaşırıq. İmam Qəzali və Haris əl-Mühasibi kimi insanları təsəvvüfə yönləndirən şey şübhədir. Qəzali filosoflar kimi, ağıl yolunu tutub, elmin qaynağını araşdırmışdır. Böyük mütəfəkkir idrakın köməyi ilə bu biliklər əldə etməyə çalışmışdır. Sonda idrakın bu şeyləri dərk etməyəcəyi qənaətinə gəlmiş, özünü çarəsiz və yalnız hiss etdiyi vəziyyətə düşmüşdür. Qəzali bu vəziyyətdən təsəvvüf vasitəsilə çıxdığını yazır. Yəni təsəvvüf şübhə ilə daban-dabana zidd olmasına rəğmən, başlanğıcında bir şübhə vardır.

İndi isə Əttarın “Bu da keçər” hekayəsində qəhrəmanın Şakir adlandırılmasının səbəbinə diqqət edək. Şair bu simvol vasitəsi ilə Qurani-Kərimdəki bəzi ayələrə işarə edir. Allah-təala Qurani-Kərimdə ayələrin birində buyurur: “Allah şükr edənləri mükafatlandıracaqdır” (“Ali-İmran” surəsi, ayə 144). Əttar bu əsərdə Şakiri müxtəlif şəkillərdə, rəmzlərin dili ilə göstərir, Həqiqətə yetişmənin müəyyən məqamlarını sadalayır. Əttarı öz həmkarlarından fərqləndirən əsas cəhəti Həqiqətə çatmaq yolunda yeddi mərhələni açmaqdır. “Bu da keçər” hekayəsində də həmin mərhələlər müxtəlif zamanlarda özünü göstərir. Əttarın irəli sürdüyü bu məqamlar aşağıdakılardar:

1. Eşq
2. Tələb
3. Mərifət
4. İstiğna
5. Tovhid (Vəhdət)
6. Heyrət
7. Fəna (Yoxluq, Heçlik)

Şakirin əsərdə müxtəlif vəziyyətlərə düşməsi – əvvəlci varlı, sonra yoxsul, yenə dövlətə qovuşması, sonda dünyadan köçmüş şəkildə təsvir olunması, Dərvişin bu maneələri dərk etməsindəki tərəddüdləri – Həqiqət yolundakı zülmət və nur pərdələridir.
Bu nəzəriyyənin izahına böyük Azərbaycan tütəfəkkiri, işraqiliq fəlsəfəsinin banisi Şihabəddin Sührəverdinin “Həyakil ən-nur” (Nur heykəlləri) əsərində rast gəlirik. Sührəverdi hesab edir ki, dərəcə-dərəcə yüksələn bir silsilədə hər pillə özündən sonrakına görə qaranlıq, özündən əvvəlkinə görə nurdur.

Beləcə, varlıq mərtəbələrindən hər birinin qaranlıq və işıq olmaq baxımından ikili rolu vardır.

(Ardı var)


media-adspc

Bənzər xəbərlər