media-hq720
media-bant_master
  • Dadlı TAM İLƏ

İRƏVAN KƏTƏSİ RESEPTİ

250 qr yag (kərə)
5-6 st un (təxminən )
2 əd yumurta
250 qr smetan
yarım c.q soda
1x.q.üzüm sirkəsi sodanı söndürmək üçün
1p.vanil ,azca duz

İCLİYİN HAZIRLANMASI:
1,5 st un
1,5 st şəkər tozu
200qr yag (kərə)
1p vanil
Yağla unu əlimizlə ovub umac hazırlayırıq sonra üzərinə şəkər tozu ilə vanil əlavə eləyib qarışdırırıq, içliyimiz hazırdı.

HAZIRLANMASI :
Yagla unu əlimizlə ovub umac halına salırıq üzərinə yumurta , smetan əlavə olunur hazırladığımız umacın üzərinə sonra sirkə ilə söndürülmüş sodanı əlavə eləyib qalan ərzaqlarıda unla birlikdə qarışdırıb əlimizlə xəmir qarışdırırıq xəmiri cox əzmirik toparlayıb xəmiri streclə üzərini örtüb soyuducuyda yarım saat saxlayıb sonra xəmiri soyuducudan götürüb 3 kündəyə bölürük kündələri bir bir böyük yayırıq üzərinə iclik səpib rulet şəklində bükürük kətə kəsənlə kəsib üzərinə yumurta cəkib listə düzüb öncədən isidilmiş sobada 180 dərəcədə qızaranadək bişiririk
Nuş olsun!

Tamilla Manaf


media-adspc

Bənzər xəbərlər