İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü olub - FOTO
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 7 ümumi təhsil müəssisəsində ilk dəfə Bilik Günü qeyd edilib.
ERAmedia Qarabağ Regional Təhsil İdarəsinə istinadla xəbər verir ki, yeni tədris ilinin ilk günü aşağıdakı məktəblərdə ilk dəfə Bilik Günü keçirilir:
• Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi
• Ağdam şəhər 1 nömrəli tam orta məktəbi
• Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi
• Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi
• Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi
• Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi
• Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi
Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.









