media-whatsapp-image-2026-10-19-at-11-17-51

İspaniya güclü yağışlar və sel fəlakəti ilə mübarizə aparır.

ERAmedia xəbər verir ki, ölkənin şərqində yerləşən Balear adaları, Valensiya və Kataloniya, eləcə də cənubdakı Əndəlüs bölgəsində əlverişsiz hava şəraiti ilə əlaqədar ən yüksək səviyyəli — qırmızı həyəcan siqnalı elan edilib.

Güclü yağışların ən ağır nəticələrindən biri Barselonanın Kabrera-de-Mar rayonunda qeydə alınıb. Sel sularına düşən qadın həyatını itirib.

Yağıntıların intensivliyinin artmasından sonra İspaniyanın Hərbi Fövqəladə Hallar Bölməsi (UME) də fəaliyyətə başlayıb. Yerli qüvvələrə dəstək məqsədilə hərbi personal İbiza və Mayorka adalarına göndərilib.

Sel və daşqın təhlükəsinin davam etməsi səbəbindən İbiza, Formentera və Mayorka adaları ilə yanaşı, Valensiya və Alikante əyalətlərinin bir sıra bələdiyyələrində oktyabrın 19-da, bazar ertəsi günü tədrisin dayandırılması qərara alınıb.

Xüsusilə Balear adalarında yağıntının miqdarının hər kvadratmetrə 90 kiloqrama çatdığı bildirilir. Kataloniya və Valensiyada da güclü yağışların kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurduğu qeyd olunur.

Əlverişsiz hava şəraiti avtomobil, hava, dəniz və dəmir yolu nəqliyyatında da ciddi problemlərə səbəb olub. Bir çox yol nəqliyyatın hərəkəti üçün bağlanıb, dəniz və qatar reyslərində əhəmiyyətli fasilələr yaranıb.

Balear adaları və Valensiyada təxminən 30 aviareysin ləğv edildiyi, 16 reysin isə alternativ hava limanlarına yönləndirildiyi bildirilib.

Rəsmilər güclü yağışlar və sel təhlükəsi ilə əlaqədar əhaliyə xəbərdarlıq ediblər. Qırmızı həyəcan siqnalı elan olunan bölgələrdə vəziyyətin inkişafı diqqətlə izlənilir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər