İsrailin ABŞ-dakı səfirinin oğluna HƏMAS-dan sui-qəsd
İsrailin ABŞ-dakı səfiri Yehiel Leiterin oğlu, ehtiyatda olan hərbçi Neria Leiter İordan çayının qərb sahilindəki nəzarət-buraxılış məntəqəsində baş verən avtomobillə hücum nəticəsində ağır yaralanıb.
ERAmedia xəbər verir ki, İsrail ordusu İordan çayının qərb sahilindəki nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında törədilən hücum zamanı bir hərbçinin ağır yaralandığını açıqlayıb.
Yaralanan hərbçinin İsrailin ABŞ-dakı səfiri Yehiel Leiterin oğlu Neria Leiter olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilib.
Səfir Yehiel Leiter sosial media hesabında paylaşım edərək oğlunun yaralandığını təsdiqləyib.
Vural









