media-neft_yeni-0987

Bu ilin yanvar-avqust aylarında ölkədən 617 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz çoxdur.

ERAmedia xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

İxrac olunan neft məhsullarının dəyəri isə 2 dəfə artaraq 466,8 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 438,7 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 233,3 milyon dollar olub.


media-adspc

Bənzər xəbərlər