media-20260123020532

Ermənistan Respublikası Antikorrupsiya Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində “Güclü Ermənistan” partiyasının Lori vilayəti Allaverdi şəhərindəki ofis rəhbərinin digər şəxslərlə qabaqcadan əlbir olaraq, 7 iyun parlament seçkilərində partiyalarına səs vermələri şərti ilə bir sıra seçicilərə rüşvət verməsinə dair faktiki məlumatlar əldə edilib.

ERAmedia xəbər verir ki, bu barədə yerli mətbuata Antikorrupsiya İdarəsindən verilən məlumatda deyilir:

“Cinayətkar fəaliyyəti gizlətmək məqsədilə seçki rüşvəti alan vətəndaşlara ödənilən məbləğ partiyanın müxtəlif strukturlarında hər hansı bir vəzifəni tutmaq şərti ilə ödənilən əməkhaqqı kimi təqdim olunub. Bununla belə, sözügedən vətəndaşlar işçi kimi qeydiyyata alınmamaqla yanaşı, özlərinin və ya ailə üzvlərinin səslərini təmin etməkdən başqa heç bir iş də yerinə yetirməyiblər”.

Ermənistan Respublikasının Antikorrupsiya Komitəsi faktla bağlı cinayət işi açıb, bir sıra şəxslər həbs olunub, axtarışlar və digər prosessual tədbirlər həyata keçirilib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər