Tarixşünaslıqda kəsrəviçilik: Köhnəlmiş ideologiya niyə aktullaşıb? - AÇIQLAMA
Milli Məclisin deputatı Səyyad Aranın bir çıxışı və onun ətrafındakı müzakirələr Azərbaycan tarixşünaslığında kəsrəviçilik məsələsinin bir daha gündəmə gətirib.
Məsələyə münasibətini bildirən Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında deyib ki, kəsrəviçilik etnik cəhətdən türk Əhməd Kəsrəvinin 1921-ci ildə İran şahının tələbi ilə yazdığı “Azəri ya Zəban-Bastane Azərbaycan” adlı əsəri əsasında formalaşmış bir nəzəriyyədir.
Onun sözlərinə görə, nəzəriyyənin qısa mahiyyəti bundan ibarətdir ki, müasir Azərbaycanın ərazisində ən qədim zamanlarda azəri adlı irandilli xalq yaşayıb.
“Sonradan gəlmə türklər (səlcuqlar) onları assimilyasiya edib və türkləşdirib. Yəni müasir Azərbaycanın ərazisində yaşayan türklər aborigen xalq deyil, sonradan bu əraziyə gəlmədirlər. Aborigen xalq olan azərilər isə zorla türkləşdirilib və öz düllərini unudaraq türk dilində danışmağa məcbur olublar. Ermənilər də bu nəzəriyyəni bir qədər dəyişərək, eyni mövqedən şıxış edirlər”, – deyə o qeyd edib.
Q.Əlibəyli vurğulayıb ki, kəsrəviçilik ötən əsrin ortalarından Azərbaycan tarixşünaslığında aparıcı məktəb olub:
“Bu məktəbin ən görkəmli nümayəndəsi Azərbaycan-sovet tarixçisi, akademik İqrar Əliyev olub. 1960-cı illərdə 3 cildlik “Azərbaycan tarixi” nəşrinin 1-ci cildi də kəsrəviçiliyə əsaslanır. Sonradan Süleyman Əliyarov, Mahmud İsmayılov, Şövkət Tağıyeva, Yaqub Mahmudov və başqaları kəsrəviçiliyi tarixşünaslığımızdan sıxışdırıb çıxarsa da, S.Aranın çıxışında onun təsirlərinin hələ də yaşadığı görünür”.









