media-1769970687_tramp

ABŞ-da Konqresə keçiriləcək aralıq seçkilərdə demokratların qələbə qazanacağı təqdirdə ölkəni qaranlıq dövrlərin gözlədiyi bildirilir.

ERAmedia xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Montanada keçirilən mitinqdə çıxışı zamanı bildirib.

“Biz tariximizdə ən yaxşı qorunan sərhədə sahibik. Ən yaxşı qorunan sərhəd. Amma unutmayın: əgər onlar (demokratlar – red.) aralıq seçkilərdə qalib gəlsələr, hətta azacıq irəliləyiş əldə etməyə başlasalar belə, bizi əvvəlki vəziyyətə qaytaracaqlar. Mən bunu qaranlıq dövrlər adlandırıram”, – deyə Tramp vurğulayıb.

O, Montana ştatının seçicilərinin buna imkan verməyəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da Nümayəndələr Palatasının yeni tərkibinin müəyyənləşəcəyi, eləcə də Senatdakı 35 yer uğrunda mübarizənin aparılacağı aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar cüzi üstünlüklə nəzarət edirlər.

Vural


media-adspc

Bənzər xəbərlər