media-1778094902_images

ABŞ hərbçiləri Oman körfəzində İran bayrağı altında hərəkət edən “Hasna” tankerini vurub.

ERAmedia xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında məlumat yayıb.

Bildirilib ki, İran limanına doğru hərəkət edən tanker mayın 6-da ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına tabe olmayıb.

“ABŞ Silahlı Qüvvələri Oman körfəzində məcburetmə tədbirləri tətbiq edərək İran bayrağı altında üzən tankeri hərəkətsiz vəziyyətə salıb”, – deyə CENTCOM vurğulayıb.

Qeyd olunub ki, “Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan F/A-18 Super Hornet qırıcı-bombardmançısı tankerinin sükan idarəetmə sistemini 20 millimetrlik top atəşi ilə sıradan çıxarıb.

Komandanlıq bildirib ki, “Hasna” tankeri artıq İran istiqamətində hərəkət etmir.


media-adspc

Bənzər xəbərlər