media-photo_5300915930730795742_y

Norveçin paytaxtı Oslodakı ABŞ səfirliyinə təşkil olunan bombalı hücumla əlaqədar üç nəfər saxlanılıb.

ERAmedia xəbər verir ki, rəsmi mənbələr saxlanılan şəxslərin İraq əsilli Norveç vətəndaşları olduğunu və 20 yaşlarında olduqlarını açıqlayıb. Həmçinin, bu şəxslərin qardaş olduqları bildirilib.

İddialara görə, qardaşlardan biri bombanı yerləşdirib, digər ikisi isə hücum planının hazırlanmasında iştirak edib.

Norveç rəsmiləri bu hadisənin təkcə fərdi terror aktı olub-olmadığını, yoxsa başqa bir dövlət tərəfindən yönləndirilib-yönləndirilmədiyini araşdırdıqlarını qeyd ediblər.

Xatırladaq ki, bu hücum ABŞ-İsrail əleyhinə terror aktlarında İranın dini lideri Ayətullah Əli Xameneyinin öldürülməsindən sonra baş verib. Hadisədən sonra ABŞ səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər