media-uffalbvjwepgmbje7ci7x0abrh3xp9m50jfwtsxk_1200

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “HMS Dragon” esminesi İngiltərənin Portsmut şəhərindən yola çıxaraq Britaniyanın Kiprdəki Akrotiri hərbi bazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə doğru istiqamət götürüb.

ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir.

Vurğulanır ki, silahlanmasında “Sea Viper” raket sistemi olan gəminin göndərilməsi Akrotiri bazası istiqamətində buraxılan PUA-larla daha effektiv mübarizə aparmağa imkan verəcək.


media-adspc

Bənzər xəbərlər