media-6934ff56-e9bd-485b-a92a-f21730d0e726

Çin ABŞ və İrandan Yaxın Şərqdə hərtərəfli atəşkəs və Hörmüz boğazında gəmiçiliyin bərpası üçün şərait yaradılmasını tələb edir.

ERAmedia  TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinqdə bildirib.

“Yalnız mümkün qədər tez bir zamanda hərbi əməliyyatların hərtərəfli dayandırılmasına nail olmaqla, gərginliyin azaldılmasına şərait yaratmaq olar”, – diplomat bildirib.

O, həmçinin regiondakı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin və onların təhlükəsizlik problemlərinin həllinin vacibliyini vurğulayıb.


media-adspc

Bənzər xəbərlər