media-dua-lipa-on-privacy

Məşhur britaniyalı müğənni, pop ulduzu Dua Lipa “Samsung Electronics” şirkətini məhkəməyə verib.

ERAmedia bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.

Bildirilib ki, sənətçi şirkətin ən azı 15 milyon dollar təzminat ödəməsini tələb edib. Buna səbəb müğəninin şəklinin onun razılığı olmadan televizor qablaşdırmasında istifadə edilməsidir.

İddiada qeyd olunur ki, “Samsung” müğənninin şəklini pərakəndə satış üçün nəzərdə tutulan televizor qutularında yerləşdirib. İddiaçının fikrincə, bu, onun məhsulun reklamında iştirak etdiyi təəssüratını yaradıb.

 

Məşhur pop ulduzu Samsung şirkətini məhkəməyə verib - FOTO

Söhbət “Dua Lipa – Behind the Scenes Austin City Limits, 2024” başlığı verilən şəkildən gedir ki, müğənninin bu fotoya eksklüziv hüquqlarının olduğu iddia edilir.

Dua Lipanın vəkilləri həmçinin iddia edirlər ki, obrazın bu şəkildə istifadəsi brend qavrayışına təsir göstərə və istehlakçıları çaşdıra, məhsulun rəsmi şəkildə təsdiqləndiyi təəssüratı yarada bilər. İddiada sosial şəbəkələrdən olan skrinşotlar sübut kimi gətirilib, hansı ki, burada istifadəçilər qablaşdırmadakı təsviri müzakirə edirlər.

“Samsung” nümayəndələri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək, məsələ ilə bağlı şərh verməyiblər.


media-adspc

Bənzər xəbərlər