media-vwkxmnudbmatp8o2hyhowmfmytuyw1xtufdwiz0t_1200

Baku TV-nin “Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda danışıqlara razılıq verə bilər.

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ukraynanın “Podyom” nəşrinə verdiyi müsahibədə deyib.

Vladimir Cabarov Azərbaycanın danışıqlar üçün optimal yer olduğunu vurğulayıb.

“Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik”.

Gürcüstanın “1TV.GE” nəşri xəbər verir ki, bu barədə Ermənistanın иaş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycanla Qarabağ, Bakı və digər yerlərdə yaşamış ermənilərin qayıdışı məsələsini müzakirə etmirik. Çünki hər iki istiqamətdə aparılan müzakirələr mövcud vəziyyətə təxribatçı təsir göstərir”, – deyə o qeyd edib.


media-adspc

Bənzər xəbərlər