media-nikol_pashinyan_1

Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkə daxilində cari hakimiyyət, xüsusilə də Baş nazir Nikol Paşinyana qarşı müxtəlif xarakterli kampaniyaların başladıldığı müşahidə edilir. 

ERAmedia xəbər verir ki, bu kampaniyalar əsas olaraq ölkədəki ruspərəst və revanşist dairələr tərəfindən həyata keçirilir.

Sözügedən dairələrin Nikol Paşinyanın nüfuzunu sarsıtmaq məqsədilə sosial şəbəkələrdə genişmiqyaslı manipulyasiya və təbliğatlara başladığı da bildirilir.

Belə ki, kampaniyanın əsas xətti Paşinyan hökumətinin Qərbin, xüsusilə Fransanın və Prezident Emmanuel Makronun təsiri ilə ölkədə cinsi azlıqların hüquqlarını təbliğ etməsi və Ermənistanı “ənənəvi dəyərlərdən uzaqlaşdırması” barədə iddiaların yayılmasından ibarətdir. Bu yolla mühafizəkar erməni cəmiyyətində Paşinyana qarşı nifrət və etiraz dalğası formalaşdırmağa çalışıldığı qeyd olunur.

Kampaniyanın gedişində “False Flag” (“Saxta Bayraq”) əməliyyatı elementlərinin də diqqət çəkdiyi göstərilir. Belə ki, müxalif qüvvələr tərəfindən saxta Azərbaycan profillərinin yaradıldığı, həmin profillər vasitəsilə kampaniya materiallarının Azərbaycan mediasında yayılması üçün müxtəlif media qurumlarına linklər göndərildiyi bildirilir.

Bununla yanaşı, qoşmada misal kimi özünü azərbaycanlı kimi təqdim edən “Tural Eyubov” adlı profil göstərilir və onun Ermənistandan idarə olunduğu, qeydiyyatda istifadə edilən nömrənin isə Ermənistan mobil operatoruna aid olduğu iddia olunur.

Məlumata görə, bu kampaniyanı hazırlayan və idarə edən şəxslər eyni zamanda həm beynəlxalq ictimaiyyətdə, həm də Ermənistanda seçicilər arasında “Azərbaycan Ermənistanın daxili işlərinə və seçki prosesinə müdaxilə edir” rəyi formalaşdırmağa çalışırlar.

 

 


media-adspc

Bənzər xəbərlər