Fransada etirazlar vandalizmə çevrilir: Avropanın mərkəzində nə baş verir?
Fransada baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva Fransada tələbələrin ölkənin təhsil proqramına qarşı etirazları ilə başlayan prosesin sonradan talan, vandalizm, dağıntılar, tarixi-mədəni irsə qarşı hücumlar və polislə qarşıdurma ilə müşayiət olunmasına münasibət bildirib.
Arzu Qazıyeva qeyd edib ki, ilkin olaraq adi etirazlarla başlayan prosesin bu cür istiqamət alması artıq tamamilə başqa məzmun, miqyas və hədəfdən xəbər verir.
Araşdırmaçı jurnalist XXI əsrdə Avropanın mərkəzində belə hadisələrin baş verməsini təəccüblə qarşılayıb. O, üzlərini maskalarla gizlədən, qara geyimlərdə küçələrə çıxan gənclərin görüntülərinin insanda şok və narahatlıq yaratdığını vurğulayıb.
Arzu Qazıyevanın fikrincə, etirazların talan və vandalizmə çevrilməsi, dağıntıların törədilməsi, tarixi-mədəni irsə zərər vurulması hadisələrin mahiyyəti barədə ciddi suallar doğurur.
Jurnalist diqqətə çatdırıb ki, baş verənlər yalnız ictimai asayiş məsələsi deyil, həm də cəmiyyətin dəyərləri, mədəni irsin qorunması və sivilizasiyanın gələcəyi ilə bağlı narahatlıqları gündəmə gətirir.
“Parisin “dağılması” sivilizasiyanın sonunun başlanğıcıdırmı?” – deyə, o, fikirlərini yekunlaşdırıb.
Vüsalə










