media-whatsapp-image-2026-10-20-at-10-24-01

Yəməndə İranın dəstəklədiyi husilərin hökumət qüvvələrinə məxsus hərbi təlim düşərgəsinə üç ballistik raketlə hücumu nəticəsində ölənlərin sayı 58-ə çatıb.

ERAmedia xəbər verir ki, hücum nəticəsində 200-dən çox gənc əsgər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Valilik tərəfindən verilən açıqlamada 200-dən çox yeni əsgərin yaralandığı qeyd olunub. Yaralıların bir qisminin vəziyyətinin kritik olduğu, ölənlərin sayının isə arta biləcəyi ehtimal edilir.

İranın dəstəklədiyi husilər beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinin nəzarətində olan Şəbvə vilayətində yerləşən hərbi təlim düşərgəsinə üç ballistik raketlə zərbə endiriblər.

Yeni əsgərlərin təlim keçdiyi obyektin hədəf alındığı hücumdan sonra ilkin olaraq 53 nəfərin öldüyü açıqlanmışdı. Lakin sonrakı dəqiqləşdirmələr nəticəsində ölənlərin sayının 58-ə yüksəldiyi bildirilib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər