Honkonqun 100 gəmisi Hörmüzdə qalıb
Honkonq şirkətlərinə məxsus və ya onlar tərəfindən idarə olunan Honkonqda qeydiyyatdan keçmiş təxminən 100 gəmi Hörmüz boğazında iliş qalıb.
ERAmedia -nin məlumatına görə, bu barədə Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hekst bildirib.
“Söhbət 100 gəmidən gedir və nəzərə alsaq ki, onların hər birində təxminən 23 dənizçi var, onda buradan irəli gəlir ki, Honkonq gəmilərində 2300 dənizçi ilişib qalıb”, – deyə o bildirib.
“Əgər Hörmüz boğazında qalan bir gəminiz varsa, onu çıxarmağa çalışmaq çox risklidir, çünki kiminsə ona atəş açması ehtimalı var”, – deyə o əlavə edib.









