media-daha-bir-olke-irani-terk-etmekle-bagli-chagirish-etdi

İran hərbi komandanlığı bildirib ki, ABŞ qüvvələri ölkənin cənubunda bir neçə hücum həyata keçirərək atəşkəsi pozub.

ERAmedia xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

Məlumata görə, Tehran Vaşinqtonu Cask şəhəri yaxınlığında İran tankerinə atəş açmaqda ittiham edib.

Bundan əlavə, İran hərbi komandanlığının açıqlamasında qeyd olunur ki, ABŞ “bir neçə regional ölkə ilə əməkdaşlıq çərçivəsində” Qeşm adasında və İranın cənubundakı bir sıra sahil bölgələrində mülki hədəflərə hücum edib.

Komandanlıq, həmçinin bildirib ki, buna cavab olaraq bir neçə ABŞ hərbi gəmisinə atəş açılıb və onların zədələndiyi iddia olunur.


media-adspc

Bənzər xəbərlər